logo

RİYAZİYYAT DÜNYASI

Rebuslar, Testlər, Məsələlər, Prezentasiyalar.....

 
riyaziyyat_mat3
 
riyaziyyat_bas1
 
riyaziyyat_ss
 

Yeni bölümler

 

ƏYLƏNCƏLİ MƏSƏLƏLƏR

 1. Hündürlükləri bərabər olan iki şamı eyni zamanda yandırdılar. Şamların biri 2 saat, ikincisi isə 8 saat yana bilər. Neçə saatdan sonra biri o birindən iki dəfə hündür olar?

2. Parkda Bahar, onun anası, nənəsi və gəlinciyi oturmuşdular. Nənə gəlinciklə deyil, nəvəsi ilə yanaşı oturmuşdu. Gəlincik anası ilə yanaşı oturmamışdı. Baharın anasının yanında kim oturmusdu?

3. Rəqəmlərinin cəmindən 4 dəfə böyük olan bütün ikirəqəmli ədədləri tapın.

 4. Eminin üzərində rəqəmlər yazılmış 7 kartı var. İki kartda 1 rəqəmi, qalanlarında isə 3, 4, 6, 7, 9 rəqəmləri yazılmışdır. Bu kartlardan istifadə etməklə neçə müxtəlif yeddirəqəmli ədəd düzəltmək olar?

5. Kvadratın ölçüləri 3x3 kimidir , yəni 9 xanadan ibarətdir. Bu xanalarda 1-dən 9-a qədər (hər bir ədədi bir dəfə istifadə etmək şərti ilə) ədədləri elə yazın ki, hər bir sətirdə və hər bir sütunda olan ədədlərin hasili ya 7-ə ya da 9-a bölünsün.

 6. İdman yarışlarında qaçış növü üzrə 31 idmançı iştirak edirdi. Əlidən əvvəl gələn idmançıların sayı ondan sonra gələn idmançıların sayından 5 dəfə az idi. Əli yarışda neçənci yeri tutmuşdu?

7. Düzbucaqlı ilə çevrə dost idilər. Bir gün çevrə düzbucaqlıya dedi: “Mən nə qədər böyüsəm ya da kiçilsəm, bizim ancaq x qədər ortaq nöqtəmiz olur”. Bu x-in qiyməti nədir?

 8. Kvadrat fiqurunu 3 düzbucaqlıya ayırdılar. İki düzbucaqlının ölçüləri 5 × 11 və 4 × 6 kimidir. O biri düzbucaqlının ölçüləri necə ola bilər?

9. Anarın 6 dəftər almaq üçün 5 qəpiyi çatmır. O, 5 dəftər aldı və onun 7 qəpiyi qaldı. Bir dəftər neçə qəpikdir?

 10. 7x7 ölçülü kvadratda bir neçə xananı elə rəngləyin ki, rənglənmiş xanaların sayi hər bir sətirdə və sütünda 3-ə bərabər olsun.

 




Burada min illərlə müxtəlif xalqlar tərəfindən yaradılmış, insanların məntiqlə düşünüb danışmasına xidmət edən maraqlı məlumatlar da toplanmışdır.

Boş vaxtlarını daha səmərəli keçirmək üçün müxtəlif əyləncəli məlumatlar da nəzərdə tutulmuşdur.

riyaziyyat_s
 


Əlaqə üçün:

matchild@yandex.ru
ve ya
info@riyaziyyat.info.