1. Elə iki ədəd söyləyin ki, rəqəmlərinin sayı onun sözlə yazılışındakı hərflərinin sayına bərabər olsun.
2. Quyruğuna tava baglanmış it hansı sürətlə qaçmalıdır ki, tavanın səsini eşitməsin?
3. İnək uzunluğu on metr olan ipə bağlanmışdı, amma 200 m yol getdi. O buna necə nail oldu?
4. On metrlik nərdivandan necə tullanmaq lazımdır ki, yıxılıb əzilməyəsən?
5. Gözləriniz baglı olsa , nə görə bilərsiniz?
6. Odda yanmaz, suda batmaz olan nədir?
7. Ədədləri (1,2,3,... ) və günlərin adını (bazar ertəsi, çərşəmbə axşamı, çərşəmbə,...) soyləmədən beş günün adını deyin.
8. Otuz iki döyüşçünün bir komandiri var.
9. Bir birinin arxasınca dolaşan, bir birinin keçməyən on iki qardaş.
10. İki ata və iki ogul üç portağal tapdılar. Portağalları böldükdə, hərəsinə biri çatdı. Bu necə olur?