Dörd dəmir puldan biri saxtadır və eyni kütləli digər üç dəmir puldan yüngüldür. Çəki daşları olmayan ikigözlü tərəzidə iki dəfə çəkməklə bu saxta pulu necə müəyyən etmək olar?
II.
Hər bir kvadratın daxilinə aşağı sətirdə olan qonşu kvadratlardakı ədədlərin fərqi yazılır. Ən yuxarıda duran kvadratın daxilində yazılacaq ədədi tapın.
III.
Oturacağının diametri 5 sm olan silindrik qabın içinə diametri 4 sm olan bir top düşdü. Siz bu qabı çevirmədən topu çıxara bilərsinizmi?
IV.
İki qum saatı vardır: 3 dəqiqəlik və 7 dəqiqəlik. Bir yumurta 11 dəqiqəyə bişir. Qum saatlarının köməyi ilə yumurtanın bişmə zamanını necə ölçə bilərik?
V.
1-dən 8-ə qədər olan ədədləri dairələrə elə yazın ki, hər göy üçbucağın təpə nöqtələrində olan ədədlərin cəmi 12, qırmızı üçbucağın və qırmızı kvadratın təpə nöqtələrindəki ədədlərin cəmi isə 11-ə bərabər olsun.
VI.
Şəkildəki sual işarələrinin yerinə yazılmalı olan ədədləri tapın.
VII.
36 kibrit çöpündən üçbucaq, kvadrat və ev (şəkildə göründüyü kimi )- cəmi 10 fiqur düzəltdilər. Fiqurların hərəsindən neçəsi düzəldilmişdir?
VIII.
Bu tortu üç dəfə kəsməklə səkkiz bərabər hissəyə ayıra bilərsinizmi?
IX.
Kibritdən istifadə edərək rum rəqəmlərinin köməyi ilə düzgün olmayan bir yazılış yazılmışdır. Bir kibritin yerini elə dəyişin ki, doğru bərabərlik alınsın.
X.
Şəkildəki fiqurun iki kibritinin yerini elə dəyişin ki, dörd kvadrat alınsın. Alınmış kvadratlardan biri digər üçündən böyük olacaq.
XI.
Şəkildəki fiqurda qalanlarına dəyməyib 8 kibriti elə götürün ki, ancaq 2 kvadrat qalsın.
Burada min illərlə müxtəlif xalqlar tərəfindən yaradılmış, insanların məntiqlə düşünüb danışmasına xidmət edən maraqlı məlumatlar da toplanmışdır.
Boş vaxtlarını daha səmərəli keçirmək üçün müxtəlif əyləncəli məlumatlar da nəzərdə tutulmuşdur.