1. Masanın üzərində 2 alma və 4 armud vardı. Cəmi neçə tərəvəz oldu?
2. Məktəbin bağçasinda 9 briqada işləyirdi. Briqadaların ikisi birləşdi. Neçə briqada oldu?
3. Yeddi qardaşın hər birinin bir bacısı var. Qardaşların cəmi neçə bacısı var?
4. Hansı rəqəmlər üçün aşağıdakı fikir doğrudur : “Məni başı aşağı çevirdikdə başqa rəqəm oluram”.
5. 20 qəpiklik pulu 10, 5, 3 və 2 qəpikliklər vasitəsi ilə neçə üsulla xırdalamaq olar?
( 10, 5, 3 və 2 qəpikliklərin sayı üçün heç bir sərhəd yoxdur.
6. Ağcaqayın ağacının üç yoğun budağı, hər bir yoğun budağın isə üç nazik budağı var. Nazik budaqların hərəsində bir alma var. Almaların sayı nə qədərdir?
7. Dörd ayağı var , amma başı və quyruğu yoxdur. Tapın görək nədir bu?
8. Tiri 4 hissəyə ayırdılar. Tir neçə yerdən mişarlanıb?
9. Su olmayan səhrada ağ ayıların sağ qalaraq yaşamasına nə kömək edir?
10. Kəmalənin anası masaya 9 ədəd fincan qoydu. Bir qədər sonra fincanların ikisini çevirdi. Masanın üzərində neçə fincan oldu?
11. Kvadrat fiqurunu düz xətlər vasitəsi ilə dörd bərabər hissəyə böldülər.Bunu neçə üsulla etmək olar?
12. Doqquz vərəq var. Bu vərəqlərdən bir neçəsini üç parçaya böldülər. Böyüklü kiçikli cəmi 15 vərəq alındı. Neçə vərəq bölünmüşdü?
13. Altı kibrit çöpündən istifadə edərək, dörd eyni bərabərtərəfli üçbucaq qura bilərsinizmi?
14. 1-dən 100-ə qədər olan ədədlərin yazılışında neçə 9 rəqəmi istifadə olunur? Yaxşı fikirləş. Cavab 10 deyil.Hətta 11 belə deyil.Gizli qalan 9-ları da tapmağa çalış.
15. Bahar masanın üzərinə 19 gavalı qoydu. Gülnar isə gavalıların yeddisini şaftalı ilə dəyişdi. Masanın üzərində neçə meyvə oldugunu söyləyə bilərsinizmi?