logo

RİYAZİYYAT DÜNYASI

Rebuslar, Testlər, Məsələlər, Prezentasiyalar.....

 
riyaziyyat_mat3
 
riyaziyyat_bas1
 
riyaziyyat_ss
 

Yeni bölümler

 

Düşündürücü məsələlər

1.

Qayıqçı bir sahildən digər sahilə bir keçi, bir kələm, iki canavar və bir köpəyi keçırməlidir. Belə ki, canavarlari keçi və köpəklə bir yerdə nəzarətsiz qoymaq olmaz; köpək keçi ilə, keçi də kələmlə qala bilməz. Qayıqda ancaq üç yer var və özü ilə eyni zamanda yalnız ya iki heyvan, ya da bir heyvan və kələmi götürə bilər. Qayıqçı necə hərəkər etməlidir?


2.

1990 ədədini iki və ya daha çox ardıcıl natural ədədlərin cəmi şəklində göstərin. Neçə variant tapdınız?



3.

Otaqda üçayaqlı və dördayaqlı oturacaqlar vardı. Usaqlar oturacaqların hamısında əyləşdikdən sonra ayaqların sayı 39-a bərabər oldu. Üçayaqlı və dördayaqlı oturacaqların sayını tapın.



4.

Qutuda 5 qırmızı və 3 yaşıl karandaş var.Baxmadan qutudan ən az nə qədər karandaş götürmək lazımdır ki, onların arasında bir yaşıl rəngli karandaş olsun?



5.

Dörd dəfə təkrar olunan 2 rəqəminin, əməl işarələrinin köməyi ilə 3, 4, 5, 6 və 8, 9 ədədlərini yazın (mötərizələrdən də istifadə etmək olar ).



6.

Satıcının 1 кq, 2 кq və 4 кq çəki daşları və ikigözlü tərəzisi var.Ancaq çəki daşlarını tərəzinin bir gözünə qoymaq olar. Satıcı bu zaman hansı ağırlıqda olan malları çəkə bilər?



7.

1988 ədədini ardıcıl gələn natural ədədlərin cəmi şəklində göstərmək olarmı? Əgər olarsa , mümkün variantları yazın.



8.

1-dən 100-ə qədər olan natural ədədlərin hasilinin sonundakı sıfırların sayını tapın



9.

3 bananı 2 limon ilə, 3 limonu isə 4 alma ilə dəyişdirmək mümkündür. 16 alma ilə neçə ədəd banan almaq olar?



10.

Qutuda 7 qırmızı və 5 göy karandaş var.Qaranlıqda karandaş götürürlər. Neçə karandaş götürmək lazımdır ki, onların arasında ən azı iki qırmızı və ən azı üç göy karandaş olsun?



11.

Rəqəmlərinin cəminin üç mislinə bərabər olan ədədləri tapın.



12.

Bu il mən ad günümü qeyd etdim.Yaşımı göstərən ədəd bir necə xüsusiyyətə malikdir: Əgər bu ədəddən 2 çıxsaq, onda 3-ə bölünər, əgər 3 çıxsaq, 2-yə bölünər. Əgər bu ədədə 4 əlavə etsək, onda 5-ə bölünər, əgər 5 çıxsaq 4-ə bölünər. Əgər bu ədəddən 5 çıxsaq, 6-ya bölünər, əgər 6 çıxsaq, 5-yə bölünər. Əgər bu ədədə 7 əlavə etsək, onda 8-ə bölünər, əgər 8 əlavə etsək 7-yə bölünər. Mənim neçə yaşım oldu?



13.

Süd ilə dolu səkkizlitrlik vedrədən boş üçlitrlik və beşlitrlik bidonlar vasitəsi ilə 4 litr südü necə götürmək olar ?



14.

Kənan 4 ədəd dondurma almaq istəsə, 6 manatı çatmazdı. 3 ədəd dondurma almaq istəsə, 3 manat pulu qalar. Bir ədəd dondurmanın qiyməti nə qədərdir?



15.

Üç ədədin cəmi 30212-yə bərabərdir. Birinci toplanan ən kiçik beşrəqəmli ədəd, ikincisi isə ən böyük dördrəqəmli ədəddir. Üçüncü toplananla 7539 ədədinin fərqini tapın.



16.

Üçrəqəmli ədədin ortada olan rəqəmini pozdular. Alınan ikirəqəmli ədəd üçrəqəmli ədəddən 6 dəfə kiçik oldu. Üçrəqəmli ədədi tapın.



17.

Məmməd 3 qələm alanda cibində 25 manat qalar.6 qələm alarsa, 13 manat qalardı. Məmmədin nə qədər pulu vardı?



18.

Kazım bir dəftər, iki qələm və bir pozan üçün 12 qəpik, Samir iki dəftər,üç qələm və üç pozan üçün 27 qəpik verdi. Arzu iki dəftər, beş qələm və bir pozan üçün nə qədər pul verməlidir?



19.

1.Öz təkliyindən yeddi dəfə böyük olan ədəd hansıdır?
2.Bütün rəqəmləri müxtəlif olan ən böyük natural ədədi yaza bilərsinizmi?



20.

1-dən 100-ə qədər ədədlərdən həm 2-yə, həm də 3-ə bölunənlərinin sayı nə qədərdir?



21.

Üçrəqəmli ədədin soldan birinci rəqəmini pozub, alınan ikirəqəmli ədədi 7-ə vururlar. Nəticədə əvvəlki üçrəqəmli ədəd alınır. Bu ədədi tapa bilərsinizmi?



22.

Armudla almanın çəkisi 340 qram, armudla limonun çəkisi isə 250 qramdır. Üç meyvənin birlikdə çəkisi isə 480 qram olur.Hər bir meyvənin ayrılıqda çəkisi nə qədərdir?



23.

15 ədədinin sağına və soluna elə rəqəmlər yazın ki, alınan dördrəqəmli ədəd 15-ə bölünsün.



24.

Üç bacı Validə, Qənirə və Kəmalə şənliyə müxtəlif - boz, ağ, qara rəngli geyimlərdə getmişdilər. Kəmalə qara rəngli geyim geyməmişdi. Validə nə qara , nə də boz rəngli geyimdə deyildi. Bacıların şənliyə hansı rəngdə geyim geydiyini tapın.



25.

ELalə, Günel və Səbinə qırmızı, yaşıl və sarı rəngli şar aldılar. Lalənin şarı nə qırmızı, nə də yaşıl rəngdədir. Səbinənin şarı da yaşıl rəngdə deyil. Kimin şarı nə rəngdədir?



26.

İki səbətin hər birində eyni miqdarda alma vardı. Birinci səbətdən 10 almanı götürüb, ikinci səbətə qoydular. İkinci səbətdəki almaların sayı birinci səbətdəkindən nə qədər çoxdur?



 




Burada min illərlə müxtəlif xalqlar tərəfindən yaradılmış, insanların məntiqlə düşünüb danışmasına xidmət edən maraqlı məlumatlar da toplanmışdır.

Boş vaxtlarını daha səmərəli keçirmək üçün müxtəlif əyləncəli məlumatlar da nəzərdə tutulmuşdur.

riyaziyyat_s



Əlaqə üçün:

matchild@yandex.ru
ve ya
info@riyaziyyat.info.