logo

RİYAZİYYAT DÜNYASI

Rebuslar, Testlər, Məsələlər, Prezentasiyalar.....

 
riyaziyyat_mat3
 
riyaziyyat_bas1
 
riyaziyyat_ss
 

Yeni bölümler

 

Məntiq Məsələləri

III variant

1. Uzunluğu, dərinliyi, hündürlüyü və eni olmayan , amma ölçülə bilənin adı nədir?

2. Ən böyük tavanın içinə girməyən nədir?

3. Oğlan bir əlində bir kiloqram dəmir, o biri əlində isə o qədər pambıq aparırdı.Hansı daha çox ağırdı?

4. Hansı heyvanlar həmişə gözü bağlı yatır?

5. Ən böyük meyvəsi olan bitki hansıdır?

6. Qatar 12 vaqondan ibarətdir. Həsən qatarın əvvəlindən sayaraq altıncı vaqona, Hüseyn isə qatarın sonundan sayaraq altıncı vaqona mindi. Həsən və Hüseyn eyni bir vaqona mindilər ?

7. Üç qızın hər birinin 2 rəngli şarı var. Səidənin şarı göy və qırmızı rəngli, Aynurun şarı yaşıl və qırmızı rəngli, Səbinənin şarı isə sarı və göy rənglidir. Qızların neçə müxtəlif rəngli şarı var?

8. Ləman gəzməyə cıxmışdı və çayın kənarında 4 ördək, 2 qaz, böcək, 4 kəpənək və qonşunun köpəyini gördü. Ləman neçə quş görmüşdü?

9. Nərdivan 9 pillədən ibarətdir. Nərdivanın ortasında olmaq üçün hansı pillədə olmaq lazımdır?

10. Ana oğlanlarının hərəsinə 8 konfet verdi. Axşama yaxın böyüyünün 3 konfeti, kiçiyinin isə 1 konfeti qaldı. Hansı oğlan daha çox konfet yedi?



I variant

 



Burada min illərlə müxtəlif xalqlar tərəfindən yaradılmış, insanların məntiqlə düşünüb danışmasına xidmət edən maraqlı məlumatlar da toplanmışdır.

Boş vaxtlarını daha səmərəli keçirmək üçün müxtəlif əyləncəli məlumatlar da nəzərdə tutulmuşdur.

riyaziyyat_s
 


Əlaqə üçün:

matchild@yandex.ru
ve ya
info@riyaziyyat.info.