1. İki almanın çəkisi 4 pomidorun ,  1 almanın çəkisi isə 3 turpun çəkisinə bərabərdir. Tərəzinin sag  gözündə 1 alma və 3 turp var. Onun sol gözünə neçə ədəd pomidor qoymaq lazımdır ki, tərəzi  tarazlıq vəziyyətində olsun.  
    4 
    1
    2 
    3 
    
   2. Aynur  ön tərəfdən ikinci , arxa tərəfdən isə dördüncü olan partanın arxasında oturmuşdur. Bu sıradakı  partaların sayıni tapa bilərsinizmi?
    4 
    3 
    5 
    6 
   3. Ləkdə 6 sərçə oturmuşdu. Daha 4 sərçə onların yanina uçdu. Pişik ogrun – ogrun yaxınlaşıb , onlardan birini tutdu. Ləkdə neçə sərçə qaldı? 
    10 
    0 
    8 
    9 
 
   4. Vaşaq  6 saat ərzində 600 kq , pələng isə ondan iki dəfə tez yeyir.Onlar birlikdə bu qədər əti neçə saata yeyər? 
    4 
    3 
    1 
    2 
      
   5. Bir su qabında 18 vedrə ,  o birində isə 12 vedrə su var.  Bir su qabından digərinə neçə vedrə  su tökmək lazımdır ki, suyun miqdarı bərarər olsun?
    3 
    6 
    4 
    2 
						
			
   6. Əlinin 4 müxtəlif rəngli  qələmi və 3 müxtəlif ölçülü dəftəri var. Əli bir dəftər və bir qələmdən ibarət  neçə dəst düzəltdə bilər?
    7 
    6 
    12 
    9 
								
   7. Tutuquşunun, pişiyin  və köpəyin birlikdə 8 yaşı var. 2 ildən sonra onların birlikdə yaşları nə qədər olar?
    8 
    14 
    10 
    12 
   8. Sizcə binanın üst tərəfindən  baxdıqda iyirmimərtəbəli  binanın üçüncü mərtəbəsi  neçənci  mərtəbə olar?  
    3 
    12 
    16 
    18 
   9. Qutuda 64 kiçik kub vardı. Beş qardaş belə qərara gəldilər ki, ardıcıl olaraq onların hər biri  qutuda qalan  bütün kubların  yarısını götürəcək. Birinci qardaş qutudakı 64 kubun yarısını, ikincisi qalan kubların yarısını  götürdü. Bu qayda ilə proses davam etsə, beşinci  qardaş neçə kub götürər?
    2 
    4 
    8 
    16 
	
   10. Lalə,  Sara və Sona dostluq edirlər. Onların hər biri  digərlərinə öz şəklini verdi.  Paylanan  şəkillərin sayının nə qədər olduğunu deyə bilərsinizmi?
    10 
    9 
    3 
    6